Baş səhifə  |   Qeydiyyat  |   Xəbərlər  |     |   Əlaqə   |  
İstifadəçinin adı:
Şifrə:
Şifrəni unutmusunuz?

Mənim səhifəm 

Mənim gündəliyim (şagirdlər/tələbələr üçün) Elektron İnteraktiv təlim sistemində mövcud olan bütün təlim kurslarını və kurslar toplusunu görmək, onlara yazılmaq, onları öyrənmək, iki səviyyədə (orta, mürəkkəb) testdən keçərək nəticələri əyani təsvir etmək və nəhayət təlim prosesinin gedişini müəllimlər və valideynlər tərəfindən  izləmək, nəzarət etmək  üçün nəzərdə tutulmuşdur, müəyyən mənada dərs cədvəlini və şagird gündəliyini əvəz edir. Hər bir fəndən kurs seçilərkən  avtomatik olaraq ona üyğun şkala yaranır və mövcud olan bütün kursların (təhsilin dövlət standartlarına uyğun) adlarını sarı rəngli şkalanın üzərində kursoru hərəkət etdirməklə əyani şəkildə görmək olar (asan olmaq üçün istənilən digər kurslara elə şkala üzərində kursor vasitəsilə yazılmaq olar). Əgər müəyyən bir kurs seçilmişdirsə bu kursa uyğun yerdə sarı rəng qırmızı ilə əvəz olunur. Kurs öyrənildildən və uğurlu test verildikdən sonra bu qırmızı rəng yaşıl ilə əvəz olunur. Qeyd etmək lazımdır ki, müəyyən bir bölmə bir neçə kursdan və bölməyə uyğun iki səviyyəli  testlərdən ibarət yaradılmışdır. Hər fənnə uyğun şkalanın üzərində bu testlər uyğun bayraqcıqlarla qeyd olunmuşdur və hər dəfə növbəti səviyyə testində seçilmiş kursların mənimsənilməsi faizindən asılı olaraq yaşıl rənglər əmələ gəlir.

Uşaqlarımın gündəliyi (müəllimlər/valideynlər üçün) müəllimlər kiçik yaşlı şagirdləri üçün, valideynlər isə öz uşaqları üçün açılmış bu səhifədə uşaqlarını qeydiyyatdan keçirirlər onlar üçün müvafiq kursları və kurslar toplusunu seçirlər, dərs cədvəlini və şagird gündəliyini əvəz edən şkalalar vasitəsilə təlim prosesinin gedişini  izləyirlər. Yuxarıda deyildiyi kimi hər bir fəndən kurs seçilərkən  avtomatik olaraq ona üyğun şkala yaranır və həmin fəndən mövcud olan bütün kursların adlarını sarı  rəngli şkalanın üzərində kursoru hərəkət etdirməklə əyani şəkildə görmək olar.

Seçdiyim kurslar şagirdin/tələbənin arzusu ilə seçdiyi və dərs cədvəlinə əlavə etdiyi kursların və ya təlim proqramlarının siyahısıdır; 

Seçdiyim kurslar toplusu şagirdin/tələbənin arzusu ilə seçdiyi və dərs cədvəlinə əlavə etdiyi kurslar toplusunun və ya siniflər üzrə təlim kurslarının  siyahısıdır;

Sonuncu testin təhlili hər bir testdən sonra bu testin nəticəsi təhlil olunur, bölməni təşkil edən kurslar üzrə mümkün və toplanılmış ballar, kursların məninimsənilməsi faizi və  sualların düzgün olub-olmadığı aşkar edilir, mənimsəmə 60%-dən aşağı olduqda kursun təkrar öyrənilməsi tövsiyə olunur.

Tövsiyə olunan kurslar dioqnostik və digər müvafiq testlərin təhlili vasitəsilə tələbənin bilik səviyysi müəyyənləşdirdikdən sonra avtomatik olaraq bu səviyyəyə uyğun seçilmiş və öyrənilməsi tələbəyə məsləhət görülmüş təlim kürslarının siyahısıdır;

Şəxsi məlumatlar   dialoq pəncərəsində istifadəçinin şəxsi məlumatlarının parametrləri daxil edilir. Sistemə daxil olan kimi sayt avtomatik olaraq istifadəçinin şəxsi məlumatlar səhifəsində seçdiyi interfeysin dilinə keçir. Bütün məlumatlar, o cümlədən istifadəçi adı və şifrə  dəyişdirilə bilər.

Ödənişlərin hesabatı  kurslara yazılmaq və ya müxtəlif səviyyəli testlərdən keçmək üçün Sizin tərəfinizdən edilmiş ödənişlərin statistikasını aparır.

 
   

© 2008 elit
© 2008 elit - Electronic Interactive Training
Baku, Azerbaijan