Baş səhifə  |   Qeydiyyat  |   Xəbərlər  |     |   Əlaqə   |  
İstifadəçinin adı:
Şifrə:
Şifrəni unutmusunuz?

Testdən keçmək 

Orta səviyyəli testlər şagirdin/tələbənin öyrənilmiş kursların hər biri üzrə bilik səviyysini müəyyənləşdirmək və avtomatik olaraq bu səviyyəyə uyğun təlim kürsları seçmək məqsədilə təklif olunmuş dioqnostik testlərdən ibarətdir. Bu səviyyənin 60%-dən yuxarı nəticəsi növbəti səviyyəyə keçmək üçün əsas götürülür. Aşağı nəticə əldə olunduğu halda şagirdə/tələbəyə öyrənmək üçün müvafiq kurslar təklif olunur. Səviyyəyə uyğun seçilmiş və öyrənmək üçün təklif olunmuş təlim kürsları bitdikdən sonra növbəti səviyyəyə adlamaq  üçün bu testdən təkrar keçərək 60%-dən yüksək nəticə  əldə etmək tələb olunur;

Mürəkkəb səviyyəli testlər bölmələr və fənlər üzrə mürəkkəb səviyyəli testlər toplusundan ibarətdir. Bu səviyyənin də 60%-dən yuxarı nəticəsi həmin bölmə və ya fənn üzrə yüksək nəticə hesab edilir. Aşağı nəticə əldə olunduğu halda yenə də öyrənmək üçün müvafiq kurslar təklif olunur;

Qəbul imtahanlarına hazırlıq üçün nümunəvi testlər hər bir imtahan qrupunu təşkil edən fənlər üzrə seçilmiş müxtəlif səviyyəli 125 sualı əhatə edən testlər toplusundan ibarətdir. Bu testlərin nəticələri imtahan qrupunu təşkil edən hər bir fənn üzrə (həmçinin, 125 sual üzrə) mümkün balları və toplanılmış balları göstərir, 60%-dən yuxarı nəticə fənn üzrə yüksək nəticə hesab edilir. Nəticə aşağı olduqda  öyrənmək üçün müvafiq kurslar təklif olunur;

Məntiqi testlər (İQ) (intellekt əmsalı) müasir tətbiqi psixologiyanın elementlərini əhatə edir və müxtəlif məqsədlər üçün istifadə oluna bilər. İntellektual imkanlarını qiymətləndirmək üçün istifadəçinin yalnız özü istədikdə bu testlərdən keçə bilər.

 
   
© 2008 elit
© 2008 elit - Electronic Interactive Training
Baku, Azerbaijan